Xəbərlər

Tramp İranla müharibə istəmədiyini bildirib

“Mən İranla silahlı münaqişənin əleyhinəyəm”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

“İndi bir neçə ay əvvəl olduğum qədər əmin deyiləm. Onlarla razılaşmanın olacağına ümidim qalmayıb. Ancaq təklifimizlə razılaşmasalar belə, nüvə silahlarına sahib olmayacaqlar. Əlbəttə ki, hər şeyi müharibəsiz, itkisiz həll etmək daha yaxşıdır, məncə, onlar səhv edirlər, amma bunu zamanla görəcəyik”, – Tramp qeyd edib.