Xəbərlər

Tramp: Müharibəni bitirmək üçün Putinlə tez bir zamanda görüşmək istəyirəm

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Ukraynada müharibəyə son qoyulmasını müzakirə etmək üçün görüşü səbirsizliklə gözlədiyini bildirib.

“Füyuzat”ın məlumatına görə, bunu Tramp ABŞ-da keçirilən “Turning Point” konfransında deyib.

Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında gedən müharibədə artıq milyonlarla hərbçi həlak olub və o, prezident olsaydı, bu heç vaxt baş verməzdi.

“Mən Ukraynada müharibəyə son qoyacağam, Yaxın Şərqdəki xaosu dayandıracağam. Və söz verirəm ki, üçüncü dünya müharibəsinə icazə verməyəcəyəm. Biz üçüncü dünya müharibəsinə çox yaxınıq”, – Tramp bildirib.