Xəbərlər

Tramp Ukrayna ilə faydalı qazıntılar haqqında sazişi təsdiqləyib

ABŞ prezidenti Donald Tramp Nazirlər Kabinetinin iclasında ABŞ-ın Ukraynanın mineral ehtiyatlarına çıxışı ilə bağlı sazişin bağlanmasını təsdiqləyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə dövlət başçısı Ağ Evdəki çıxışında bildirib.

“Biz pulumuzun təhlükəsiz şəkildə geri qayıtması üçün etməli olduğumuzu etməyə başlaya biləcəyimiz bir müqavilə bağladıq. Bu, onlar (Ukrayna) üçün də yaxşıdır, çünki qazma sahəsində Amerikanın iştirakı olacaq, Amerikanın iştirakı isə bir çox mənfur tərəfləri ölkədən, daha doğrusu qazdığımız ərazidən uzaqlaşdıracaq”, – Tramp qeyd edib.