Xəbərlər

Tramp: Ukrayna münaqişəsi ABŞ-ın yox, Avropanın problemi olaraq qalmalı idi

“ABŞ Ukrayna münaqişəsinə qarışmamalı idi. Bu münaqişə Avropanın problemi olaraq qalmalıydı”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Düşünürəm ki, nəsə olacaq (sülh istiqamətində irəliləyişi nəzərdə tutur – red.). Əgər belə olmasa, mən kənara çəkiləcəyəm və onlar davam etməli olacaqlar. Bu münaqişə Avropanınkı olaraq qalmalı idi, lakin biz vəziyyətə müdaxilə etdik, çünki əvvəlki ABŞ administrasiyası bizim bu işə qarışmalı olduğumuzu bilirdi. Bu münaqişədə istər silah, istərsə də maliyyə cəhətdən Avropadan qat-qat daha çox kömək etmişik”, – prezident əlavə edib.