ABŞ prezidenti Donald Tramp Ukraynaya Amerika silahlarının tədarükünün tamamilə dayandırılmasının mümkünlüyünü istisna etməyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Tramp Ağ Evdə jurnalistlərə müsahibəsində deyib.
“Biz bu məsələyə baxacağıq. Ukrayna prezidenti Volodimir Zelenski ilə əlaqə saxlayırıq. Rusiya prezidenti Vladimir Putinlə tezliklə danışacağıq və nə olacağını görəcəyik”, – prezident vurğulayıb.