ABŞ prezidenti Donald Tramp Vaşinqtonda baş verən təyyarə qəzasını faciə kimi qiymətləndirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ mətbuatı məlumat yayıb.
“Reyqan Hava Limanında baş verən dəhşətli hadisə ilə bağlı mənə tam məlumat verilib. Allah həlak olanların ruhunu şad etsin!” – Tramp qeyd edib.
Eyni zamanda, Tramp fövqəladə hadisə yerində işləyən xilasedicilərə təşəkkür edib.