“ABŞ administrasiyası Kanada mallarına tariflər tətbiq edərsə, Kanada dərhal cavab tarifləri ilə qarşılıq verəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Kanadanın Baş naziri Castin Trüdo deyib.
“Kanada bu ədalətsiz qərarı cavabsız qoymayacaq. Əgər Amerikanın tarifləri qüvvəyə minərsə, o zaman Kanada yeni rüsumlarla cavab verəcək”, – Trüdo qeyd edib.