Xəbərlər

Tsinpin: Bəşəriyyətin gələcəyi Çin və ABŞ arasındakı münasibətlərdən asılıdır

Çin və ABŞ arasında münasibətlərin xarakteri təkcə iki ölkə xalqlarının rifahına deyil, həm də bəşəriyyətin gələcəyinə təsir göstərir.

“Füyuzat”ın məlumatına görə, bunu Pekində Böyük Xalq Zalında Amerika işgüzar dairələrinin nümayəndələri ilə keçirilən görüşdə Çin sədri Si Tsinpin deyib.

“İki ölkə xalqlarının rifahı, eləcə də bəşəriyyətin gələcəyi və taleyi Çin və ABŞ-ın əməkdaşlıq etməsindən və ya bir-birinə qarşı durmasından asılıdır”, – Çin Mərkəzi Televiziyası onun sözlərindən sitat gətirib.

Çin Xalq Respublikasının sədri həmçinin vurğulayıb: “Nə qədər ki, hər iki tərəf bir-birini tərəfdaş hesab edir, bir-birinin maraqlarına hörmət edir, dinc yanaşı yaşayar və qarşılıqlı faydalı nəticələr üçün əməkdaşlıq edərsə, ikitərəfli münasibətlər yaxşılaşacaqdır”.

Eyni zamanda, Tsinpin iki ölkə arasında cəmiyyətin bütün təbəqələrinin nümayəndələri arasında mübadilənin intensivliyinin artacağına ümid etdiyini bildirib.