Türkiyənin paytaxtı Ankara şəhərində 27 mart 2026-cı ildə “Türk Dünyası Nəşriyyat Konqresi” öz işinə başlayıb. Konqres Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin “Kitabxanalar və Nəşrlər Baş İdarəsi” tərəfindən təşkil olunub.
10 ölkədən 140 naşirin və ədəbiyyat üzrə müəlliflik haqları agentinin iştirak etdiyi konqresdə nəşriyyat, ortaq türk dili, tərtibat, idarəçilik, təhsil və tərcümə sahələrində fikir mübadiləsi aparılacaq, ayrı-ayrı ölkələrin nümayəndələrindən ibarət qurulan komandalar şəklində təkliflər hazırlanaraq konqresə təqdim olunacaq.
29 mart tarixinə qədər davam edəcək konqresə Azərbaycandan qatılan naşirlər arasında MİMTA Yayımları da var.




