Xəbərlər

Türk Dünyasının ortaq xəritəsi hazırlanır

Ortaq Türk Əlifbası qərarından sonra, Türk dünyasının ortaq xəritəsi hazırlanmağa başlanılıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyinin Xəritəçəkmə üzrə Baş direktoru, general-leytenant Osman Alp “TRT Haber”ə müsahibəsində deyib.

Qeyd edilib ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin kartoqrafiya qurumlarının rəhbərlərinin iştirakı ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Xəritəçəkmə Qurumları Rəhbərlərinin 1-ci Toplantısı keçirilib.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Macarıstan, ŞKTC və Türkmənistan nümayəndələri ortaq türk dünyası xəritəsini hazırlamaq üçün bir araya gəlib.