“İkitərəfli ticarət həcmi hədəfimiz 5 milyard dollardır və bu hədəfə çatmaq üçün türk iş dünyası ilə Pakistan arasında körpülər qurmağa davam edirik”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Nazir Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Pakistana səfərinin iki ölkə arasında köklü tarixi, güclü mədəni və iqtisadi əlaqələrin göstəricisi olduğunu qeyd edib.
Türkiyə ilə Pakistanın illərdir qardaşlıq münasibətlərində hərəkət etdiyini, firavanlıq, sabitlik və iqtisadi əməkdaşlıq vizyonunu paylaşdıqlarını ifadə edən Yerlikaya Türkiyə-Pakistan Biznes Forumları, şəbəkələşmə və dəyirmi masa görüşlərinin iki ölkə arasında iqtisadi əməkdaşlığı təşviq etdiyini vurğuayıb.