“Avropa ABŞ prezidenti Donald Trampın Vaşinqtonun Avropa təhlükəsizliyinin təmin edilməsində rolunu azaltmaq istəyinə cavab verməlidir”.
“Füyuzat”ın məlumatına görə, bu çağırışı Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Hakan Fidan edib.
“Trampın hərəkətləri hamımız üçün bir oyanış çağırışıdır. Biz bir araya gəlib öz güc mərkəzimizi yaratmalıyıq. Türkiyə NATO-nun “dağılacağı” təqdirdə yeni Avropa təhlükəsizlik arxitekturasının bir hissəsi olmağa hazır olacaq”, – nazir qeyd edib.