“Türkiyə və Böyük Britaniya diplomatları Ankaradakı məsləhətləşmələr zamanı Suriyaya qarşı sanksiyaların ləğvini müzakirə edəcəklər”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Türkiyə tərəfinin bu məsləhətləşmələrdə Suriyadakı təhlükəsizlik, sabitlik və iqtisadi vəziyyətlə bağlı ölkənin fikir və gözləntilərini açıqlayacağı gözlənilir. Suriyaya qarşı tətbiq olunan sanksiyaların ilkin şərt olmadan tam ləğvinin zəruriliyi bildiriləcək. Bu, Suriyanın bərpası və iqtisadi inkişafı üçün lazımdır”, – məlumatda bildirilib.
Qeyd olunub ki, Türkiyə tərəfindən nümayəndə heyətinə xarici işlər nazirinin müavini Nuh Yılmaz, Britaniya tərəfindən isə Xarici İşlər Nazirliyinin Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistan üzrə nümayəndəsi Hamiş Falkoner rəhbərlik edəcək.