Xəbərlər

Türkiyə və Rusiya XİN başçıları telefonla danışıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı aparıb. Tərəflər Ukraynadakı münaqişənin həlli perspektivlərini müzakirə edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

Verilən məlumata görə, söhbət zamanı sülhün bərqərar olması səyləri ilə bağlı məsələlər əsas müzakirə mövzusu olub.