“HƏMAS ideyası müstəqil Fələstin dövləti yaranana qədər mövcud olacaq”.
“Füyuzat”ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan çərşənbə günü Qətərin “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.
“HƏMAS İsrail işğalına cavab olaraq yaranan bir ideyadır. HƏMAS bu gün fiziki olaraq Qəzzanı tərk edə bilər, lakin işğal qaldığı müddətdə müqavimət başqa yollarla davam edəcək”,- məlumatda bildirilib.