Xəbərlər

Türkiyədə yük maşını aşıb, 3 nəfər ölüb

Türkiyənin cənub-şərqindəki Şanlıurfa şəhərində yük maşını və minik avtomobillərinin körpüdən aşması nəticəsində 3 nəfər ölüb, 20-dən çox insan isə yaralanıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “NTV” kanalı məlumat yayıb.

“Şanlıurfanın Birecik rayonunda əyləci nasaz olan yük maşını qarşıdakı avtomobillərlə birlikdə körpüdən aşıb. Qəzada ölən və yaralananlar var, onlar Türkiyə vətəndaşlarıdır”, – məlumatda bildirilib.