Türkiyənin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgün vəzifəsinin icrasına başlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə diplomatik nümayəndəlikdən məlumat verilib.
Qeyd edək ki, buna qədər Türkiyənin Maarif Fondunun sədri olmuş B. Akgün yanvarın 11-də ölkəsinin Azərbaycandakı səfiri vəzifəsinə gətirilib.