“Avropa Rusiya ilə silahlanma yarışına girməlidir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Polşanın Baş naziri Donald Tusk Avropa İttifaqının (Aİ) Brüssel sammitindən əvvəl bildirib.
“Avropa bu çağırışı, yəni Rusiya ilə silahlanma yarışını qəbul etməli və qalib gəlməlidir”, – Tusk deyib.
Onun sözlərinə görə, müdafiə sənayesi üçün maliyyənin artırılması təşəbbüsləri bu yolda ilk addımdır.