Xəbərlər

Ukrayna Hərbi Dəniz Qüvvələri Qara dənizdə təlimlər keçirib

Ukrayna Hərbi Dəniz Qüvvələri Qara dəniz sahillərində desant təlimi təşkil edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Hərbi Dəniz Qüvvələri məlumat verib.

“Təchizatsız sahilə eniş, manevr və enişə hazırlaşan heyətin hərəkətləri Qara dənizin müəyyən hissəsində bu yaxınlarda keçirilən təlimlərin əsas elementləridir”, – məlumatda bildirilib.