Ukrayna ilin əvvəlindən hərbi ehtiyaclara 1 trilyon qrivna (24 milyard dollardan çox) vəsait xərcləyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.
“2024-cü ilin yanvar-iyul aylarında təhlükəsizlik və müdafiə sektoru üzrə dövlət büdcəsinin ümumi fondunun xərcləri təxminən1 trilyon qrivna təşkil edib. Bu, dövlət büdcəsinin ümumi xərclərinin 58,1 faizini təşkil edir”, – məlumatda bildirilib.