Ədəbiyyat Mədinə Məcidli Xəbərlər

Varlı ata, kasıb ata

“Varlı ata, kasıb ata” kitabı Robert Kiyosaki tərəfindən yazılmış və maliyyə savadlılığı mövzusunda ən məşhur əsərlərdən biridir. Bu kitabda müəllif iki fərqli ata obrazı vasitəsilə insanlara pul, var-dövlət və həyat düşüncəsi haqqında mühüm fikirlər çatdırır.

Kitabın əsas mövzusu insanların pula münasibəti və düşüncə tərzinin onların həyatına necə təsir etməsidir. Müəllif “kasıb ata” obrazı ilə ənənəvi düşüncəni – yaxşı təhsil alıb sabit işdə çalışmaq və maaşla yaşamaq modelini göstərir. Digər tərəfdən isə “varlı ata” obrazı ilə fərqli yanaşmanı təqdim edir: pul üçün işləmək əvəzinə, pulun insan üçün işləməsi ideyasını ön plana çəkir.

Əsərdə əsas diqqətçəkən məqamlardan biri aktiv və passiv mənbə anlayışlarıdır. Varlı insanlar aktivlərə – gəlir gətirən mənbələrə (məsələn, biznes, investisiya) üstünlük verirlər. Kasıb və ya orta təbəqə isə çox zaman passivlərə – xərcləri artıran şeylərə yönəlir. Müəllif bu fərqin insanların maliyyə vəziyyətini müəyyən etdiyini vurğulayır.

Qeyd etmək vacibdir ki, kitab həmçinin oxucuya bir sıra mühüm tövsiyələr verir. İlk öncə maliyyə savadlılığı qazanmaq vacibdir. İnsan yalnız işləməklə deyil, düzgün qərarlar verməklə də zənginləşə bilər. Bundan əlavə, riskdən qorxmamaq, yeni imkanları dəyərləndirmək və investisiya etməyi öyrənmək əsas şərtlərdən sayılır. Müəllifə görə, ən böyük sərvət insanın düşüncə tərzidir.

“Varlı ata, kasıb ata” kitabı oxuculara pul qazanmağın yollarını öyrətməklə yanaşı, fərqli düşünməyi də öyrədir. Bu əsər insanlara göstərir ki, uğur və var-dövlət, ilk növbədə, insanın dünyaya baxışından və qərarlarından asılıdır.

Mədinə Məcidli