“Ukraynadakı münaqişənin həlli üçün Rusiya prezidenti Vladimir Putinlə dialoq aparmaq lazımdır. Onun imzası olmadan sülh müqaviləsi bağlamaq mümkün deyil”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ prezidentinin xüsusi elçisi Steven Vitkoff bildirib.
“Mən hər iki tərəflə danışmışam. Bütün tərəflərlə danışıqlar aparılmazsa, vasitəçilik etmək və həll üzərində işləmək mümkün olmaz”, – Vitkoff əlavə edib.