Xəbərlər

Vitkoff: Rusiya və ABŞ Qara dəniz limanlarına çıxışı müzakirə edirlər

“Ukrayna ilə bağlı təmaslara Zaporojye Atom Elektrik Stansiyası və Qara dənizdəki limanlara çıxışla bağlı məsələlərin müzakirəsi də daxildir”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidentinin xüsusi elçisi Steven Vitkoff deyib.

“Rusların hədəf aldığı əraziləri hamımız bilirik. Hansı ki, bu ərazilərdə Ukraynanı kifayət qədər elektrik enerjisi ilə təmin edən nüvə reaktoru var. Bu və bu kimi digər məsələlər, həmçinin limanlara çıxış, Qara dənizlə bağlı razılaşma, atəşkəsin həyata keçirilməsi həll olunmalıdır”, – Vitkoff qeyd edib.