“ABŞ prezidenti Donald Tramp münaqişənin həlli üçün Rusiya və Ukrayna arasında birbaşa təmasların olmasının tərəfdarıdır. Bu baş verməsə, Vaşinqton danışıqlar prosesindən geri çəkiləcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ prezidentinin xüsusi elçisi Steven Vitkoff bildirib.
“Amerika lideri hər iki tərəfə ultimatum göndərib. Əgər danışıqlar baş verməzsə, Birləşmiş Ştatlar prosesdən geri çəkiləcək. Biz sülhün əldə olunması üçün vasitəçilik edirik. Lakin bu müharibə bizim müharibəmiz deyil. Biz müharibəyə başlamamışıq, lakin biz onun sona çatmasına kömək etmək istəyirik. Atəşkəs əldə etmək lazımdır”, – Vitkoff əlavə edib.