ABŞ prezidentinin xüsusi elçisi Steven Vitkoff dəvət alacağı təqdirdə İran tərəfi ilə görüşmək üçün Tehrana gedə bilər.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Washington Post” (WP) ABŞ prezidenti Donald Tramp administrasiyasının rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Vittkoff İranı birbaşa danışıqlara çağıran mesajlar göndərib.
“Omanda planlaşdırılan məsləhətləşmələr birbaşa deyilsə, ABŞ prezidentinin xüsusi nümayəndəsi onlara qatılmaya bilər. Hər iki tərəfdə dərin inamsızlığı aradan qaldırmaq üçün tam müzakirə lazımdır”, – məlumatda bildirilib.