“Xəzər TV” telekanalının fəaliyyətə başlamasından 19 il ötür.
“Füyuzat” xəbər verir ki, “Xəzər TV” 2007-ci il oktyabrın 5-də fəaliyyətə başlayıb.
Telekanal hazırda Azərbaycan ərazisində ümumölkə yerüstü televiziya yayımçısı kimi fəaliyyət göstərir.
Kanalın yayımı Azərbaycanın bütün ərazisini əhatə edir. “Xəzər TV” rəqəmsal yerüstü və peyk yayımı ilə yanaşı, müxtəlif platforma və multipleks operatorlarının şəbəkələri vasitəsilə də yayımlanır.
Telekanalın efirində xəbər və informasiya proqramları, tok-şoular, analitik, əyləncə və musiqi proqramları, seriallar, filmlər və digər televiziya layihələri təqdim olunur.
Xatırladaq ki, Murad Dadaşov 2020-ci ildə “Xəzər TV” MMC-nin baş direktoru təyin olunub. Telekanal “Azerspace-1” peykində HD yayım formatına keçib.
“Fuyuzat.az” kollektivi olaraq, həmkarlarımızı ürəkdən təbrik edir, onlara yeni yaradıcılıq uğurları və hər zaman geniş tamaşaçı auditoriyası arzulayırıq.



