“Tehran İsrailin İrana zərbələrinə cavab olaraq müdafiə hüququndan lazım bildiyi vaxt istifadə edəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu “RİA Novosti”yə İran Xarici İşlər Nazirliyinin (XİN) rəhbərinin baş müşaviri Əli Əsgər Hacı Tehranın oktyabrın sonunda İsrailin İrana endirdiyi zərbələrə cavab hazırlayıb-hazırlamaması ilə bağlı sualı cavablandırarkən deyib.
“İsrailin təcavüzü BMT Nizamnaməsi və beynəlxalq hüququn pozulmasıdır, onlar bizim suverenliyimizi pozublar. Özümüzü müdafiə etmək bizim qanuni hüququmuzdur. İnanırıq ki, bu hüquqdan lazımi vaxtda və lazımi şəkildə istifadə edə bilərik”, – müşavir qeyd edib.