Xəbərlər

Yanvarın 20-i hava yağıntılı olacaq, güclü külək əsəcək – İLKİN PROQNOZ

Bakıda və Abşeron yarımadasında yanvarın 20-də bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir.

“Füyuzat”ın məlumatına görə, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Həmin gün şimal-qərb küləyi 7-12 m/s, gecə və səhər arabir 15-17 m/s-dək güclənəcək.

Qeyd olunub ki, havanın temperaturu gecə 3-5° isti, gündüz 5-8° isti olacaq.