Ötən həftə daxili siyasi vəziyyətin kəskin şəkildə pisləşdiyi Koreya Respublikası və Yaponiyanın xarici işlər nazirləri iki ölkə arasında sıx əməkdaşlığın vacibliyini vurğulayıblar.
“Füyuzat”ın məlumatına görə, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Cənubi Koreyanın xarici işlər naziri Ço Tae Yeol ölkəsindəki vəziyyətdən danışıb. Cənubi Koreya prezidenti Yun Sek Yeolun dekabrın 3-də hərbi vəziyyət elan etmək qərarı siyasi böhrana səbəb olub. Hər iki nazir hazırkı strateji mühit fonunda Yaponiya-KXDR münasibətlərinin əhəmiyyətinin dəyişməz qalması ilə razılaşıb və iki hökumət arasında sıx dialoqu davam etdirmək qərarına gəlib”, – məlumatda bildirilib.