“Yaponiyanın müdafiə naziri Gen Nakatani britaniyalı həmkarı Con Healey ilə görüşmək üçün 2025-ci ilin yanvarında Böyük Britaniyaya səfər etməyi planlaşdırır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
“Tərəflər 2035-ci ilə qədər İtaliya ilə altıncı nəsil döyüş təyyarəsinin birgə hazırlanması layihəsini müzakirə edəcəklər. Onlar, xüsusilə, Səudiyyə Ərəbistanının layihəyə cəlb edilməsi mövzusuna toxuna bilərlər. Müttəfiqlərin Tokio və London arasında müvafiq silahların idxalına imkan verən sadələşdirilmiş giriş sazişinin bağlanmasından sonra birgə təlimlərdə irəliləyişləri müzakirə edəcəyi gözlənilir”, – məlumatda bildirilib.