Xəbərlər

Yazıçı Həmid Piriyevin yeni kitabı çap olunub

Yazıçı Həmid Piriyevin “Ağ qərənfil üçün təziyə” adlı yeni kitabı çap olunub.

“Füyuzat” ın məlumatına görə, Həmid Piriyevin yeni kitabına eyniadlı poema və “Abşeron hekayələri” silsiləsi daxildir.

Şüur axını üslubunda yazılmış “Ağ qərənfil üçün təziyə” poeması yaddaş haqqındadır. Yeganə oğlunun ölümü Ramiz müəllimin yaddaşını oyadır və o, unutduğunu zənn etdiyi xatirələrlə, keçmişin detalları ilə üz-üzə qalır. Hər xatirə, hər detal bir ştrixi yerinə qoyur və getdikcə personajın obrazı gözümüzdə bütövləşir.

“Abşeron hekayələri” silsiləsinə 10 hekayə daxildir. Sadə adamların gündəlik həyatından, məşğuliyyətindən bəhs edən hekayələrin personajları hamımızın dəfələrlə, bəlkə də, hər gün gördüyümüz, amma adətən fikir vermədiyimiz, yanından saymazyana keçdiyimiz insanlardır.

Kitabı şəhərin kitab mağazalarından əldə etmək olar.