“NATO Cənubi Qafqazın təhlükəsizliyi üçün yaxşı heç nə gətirmir. Üstəlik, qərblilərin əsas məqsədi regionda sabitliyi pozmaq və yeni gərginlik ocaqları yaratmaqdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova alyansla Azərbaycan arasında əməkdaşlığı şərh edərkən deyib.
“Ümid edirik ki, Bakı və İrəvan bu məsələ ilə bağlı haqlı narahatlığımızı eyni dərəcədə başa düşür və onların təcavüzkar hərbi bloklarla qarşılıqlı əlaqələrinin dərinləşməsi risklərini qiymətləndirirlər”, – Zaxarova bildirib.