Xəbərlər

Zelenski: Avropa ABŞ olmadan Ukraynanın təhlükəsizliyinə zəmanət verə bilməz

“ABŞ prezidenti Donald Tramp Ukraynaya dəstəyini geri götürərsə, bu boşluğu Avropa təkbaşına doldura bilməyəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

Ukrayna lideri Avropanın amerikalılar olmadan da təhlükəsizlik zəmanəti verə biləcəyini söyləyənlərin olduğunu, lakin bununla razılaşmadığını bildirib və əlavə edib ki, “ABŞ olmadan təhlükəsizlik zəmanəti real zəmanət deyil”.