Xəbərlər

Zelenski Hakan Fidanı qəbul edib

Türkiyə xarici işlər naziri Hakan Fidan Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən qəbul edilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, Fidan səfər çərçivəsində Ukraynanın xarici işlər naziri Andriy İvanoviç Sibiqa ilə birgə mətbuat konfransı keçirib.

Qeyd edək ki, Hakan Fidan Kiyevdə təmaslarını davam etdirir.