İstanbul 5–6 dekabr tarixlərində dünyanın müxtəlif ölkələrindən təhsil liderləri, siyasətçilər, akademiklər və ictimai xadimləri bir araya gətirəcək. Atatürk Mədəniyyət Mərkəzində keçiriləcək 5-ci İstanbul Təhsil Sammiti bu il “Dünyanı Təhsillə Yaxşılaşdırmaq” mövzusu ilə beynəlxalq fikir mübadiləsi platforması təqdim edir.
“Füyuzat”ın məlumatına görə, sammitin açılışında Türkiyənin birinci xanımı Əminə Ərdoğan iştirak edəcək. Tədbirdə təhsil siyasətləri, ictimai təsirlər və insani dəyərlərə əsaslanan öyrənmə yanaşmaları müzakirə olunacaq. Məqsəd təhsilin gücündən istifadə etməklə daha ədalətli və dayanıqlı cəmiyyətlərin formalaşmasına töhfə verməkdir.
Sammit çərçivəsində beynəlxalq ekspertlərin panel müzakirələri, təhsildə innovativ yanaşmaların təqdimatı, dəyərlərə əsaslanan öyrənmə modelləri və qlobal əməkdaşlıq imkanları diqqətə çatdırılacaq.
Tədbir təhsil sahəsində fəaliyyət göstərən mütəxəssislər üçün bilik və təcrübə mübadiləsi baxımından mühüm platforma kimi dəyərləndirilir.
Tarix: 5–6 dekabr 2025
Məkan: İstanbul, Atatürk Mədəniyyət Mərkəzi
Ətraflı məlumat: istanbuleducationsummit.com



