Xəbərlər

60 il ondan xəbər ala bilmədilər, sonda sağ tapıldı

1962-ci ildə 20 yaşında ABŞ-ın Viskonsin ştatında itkin düşən Audrey Bakeberq 82 yaşında başqa bir ştatda sağ-salamat tapılıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Sauk County” nəşri məlumat yayıb.

İstintaq müəyyən edib ki, Bakeberqin yoxa çıxması cinayət nəticəsində deyil, onun öz qərarı ilə baş verib.

Qeyd edilib ki, əvvəllər 1962-ci ildə evini tərk edən qadının həyat yoldaşı ilə problemlərinin olması və fiziki zorakılığa məruz qalması ilə bağlı iddialar yayılıb. Bundan bezən qadın evini tərk edib və o, 60 il sonra tapılıb.