Xəbərlər

83 min Qırğızıstan vətəndaşı Rusiyda nəzarət reyestrə daxil edilib

“Təxminən 83 min Qırğızıstan vətəndaşı törətdikləri miqrasiya qanunvericiliyinin müxtəlif pozuntularına görə Rusiyada nəzarət edilən şəxslərin reyestrinə daxil edilib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qırğızıstan xarici işlər nazirinin müavini Almaz İmanqaziyev müsahibəsində bildirib.

“Fevralın 5-ə qədər 67 min soydaşımız reysterə daxil edilib, lakin fevralın 27-nə qədər valideynləri ilə qanuni yaşamaları üçün lazımi sənədləri verilməyən Qırğızıstan vətəndaşlarının yetkinlik yaşına çatmayan uşaqlarının da siyahıya daxil olması səbəbindən bu rəqəm 83 minə yüksəlib. Bu vətəndaşlar haqqında məlumat Rusiyanın müvafiq strukturlarının rəsmi saytlarında yerləşdirilib”, – İmanqaziyev qeyd edib.