İsrail Prezidenti İsaak Hersoq Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə görüşüb. Görüşdə tərəflər Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı sazişin tezliklə bağlanacağına ümid etdiklərini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.
“Bizim əsas marağımız girovları evlərinə qaytarmaqdır. Onların azad edilməsi üçün yorulmadan çalışırıq”, – İsrail Prezidenti deyib.
Öz növbəsində Lemmi yaxın günlərdə girovların azad edilməsi ilə bağlı razılığın əldə olunacağına ümid etdiyini və buna nail olmaq üçün diplomatik səylər göstərdiyini qeyd edib.