Xəbərlər

İDDİA: NATO müharibəyə hazırlaşır

“NATO hərbi münaqişəyə hazırlaşır”.

“Füyuzat”ın məlumatına görə, bunu Polşa Prezidenti Anjey Duda söyləyib.

“Əgər Rusiya Federasiyası Ukraynadakı silahlı münaqişədə qalib gəlsə, Rusiya ilə Qərb arasında müharibə olması ehtimalı var”, – Duda bildirib.

Qeyd edəki ki, NATO-nun iyulun 9-dan 11-dək Vaşinqtonda sammiti baş tutub və yekun bəyanatda deyilib ki, NATO hələ də Rusiyanı alyans ölkələri üçün əsas təhlükə hesab edir. Eyni zamanda, NATO ölkələri Rusiyaya strateji yanaşma ilə bağlı tövsiyələr hazırlamağı planlaşdırır.


Bundan əlavə, sənəddə Ukraynadakı münaqişə fonunda Rusiyaya heç bir hərbi yardım göstərilməməsinə çağırılıb. Həmçinin Vaşinqtonda keçirilən sammitdə 2025-ci ildə Ukraynaya 40 milyard avroluq hərbi yardım göstərilməsinə dair razılıq əldə olunub.