“Amerikalı seçicilərin 54%-i hesab edir ki, ABŞ-ın Demokratlar Partiyası yeni seçkilərə hazırkı Prezident Co Baydenin namizədliyini irəli sürərsə, noyabr seçkilərini itirəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Amerikanın “Rasmussen Reports” tədqiqat təşkilatının keçirdiyi sorğunun nəticələri göstərir.
Məlumata görə, sorğu iştirakçılarının 54%-i əmindirlər ki, Demokrat Partiyası Baydeni əvəz etməsə seçkidə məğlub olacaq.
Respondentlərin 34%-i Baydenin namizəd kimi irəli sürülməsi təqdirdə, qarşıdan gələn seçkilərdə demokratların qələbəsinə inanır. Digər 12% respondent isə bu suala cavab verməyib.
Sorğu iyulun 10-dan iyulun 11-dək aparılıb. Sorğuda 1 mindən çox amerikalı seçici iştirak edib.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.