Xəbərlər

Çin ABŞ ilə bağlı məsləhətləşmələri dayandırıb

Çin ABŞ ilə silahlara nəzarət və nüvə silahlarının yayılmaması ilə bağlı məsləhət xarakterli danışıqları dayandırdığını açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Lin Cien məlumat verib.

O, Çin ilə ABŞ arasında siyasi atmosferin ABŞ tərəfindən pozulduğunu bəyan edib.

Bu kontekstdə məsləhətləşmələri dayandırdıqlarını ifadə edən Lin bildirib:

“ABŞ Çinin qəti etirazına və təkrarlanan bəyanatlarına məhəl qoymadan Tayvana silah satmağa davam edib və Çinin əsas maraqlarına ciddi zərər verən, qarşılıqlı siyasi etimadı sarsıdan bir sıra mənfi hərəkətlər edib”.