Serbiya Prezidenti Aleksandr Vuçiç Ukraynada atəşkəsin lehinə danışıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Aleksandr Vuçiç müsahibəsində bildirib.
Vuçiç Ukraynada sülhə necə nail olmaq sualını belə cavablandırıb:
“Almaniya kansleri həqiqətən də mənim nə düşündüyümü eşitmək istəsəydi, o zaman deyərdim, hansı şərtlərlə atəşkəs əldə etmənin fərqi yoxdur, istər NATO-ya üzvlük, istərsə də ərazi məsələsi, amma müharibənin dayanması lazımdır”.