Xəbərlər

FT: Almaniya XİN Trampın seçiləcəyi təqdirdə böhran qrupu yaradıb

Almaniya Xarici İşlər Nazirliyinin Şimali Amerika ilə əlaqələrə nəzarət edən siyasi departamentinin, onun siyasi planlaşdırma qərargahının, transatlantik əməkdaşlıq üzrə hökumət koordinatorunun ofisinin nümayəndələri Almaniyanın Vaşinqtondakı səfirliyinin əməkdaşları ilə birlikdə Almaniyada qeyri-rəsmi böhran qrupu yaradıblar.

“Füyuzat”ın məlumatına görə, bu barədə Financial Times (FT) məlumat yayıb.

Məlumata görə, Berlin qorxur ki, yeni Amerika administrasiyası proteksionist iqtisadi siyasətləri sərtləşdirəcək və bu, bütün idxala 10% tariflərin tətbiqi ilə nəticələnə bilər. Bu da ixracyönümlü Almaniyaya böyük ziyan vura bilər.

Almaniya hökumətinin transatlantik əməkdaşlıq üzrə koordinatoru Maykl Linkin sözlərinə görə, Co Baydenin ən yüksək hökumət postuna yenidən seçilməkdən imtina etməsi oyunun qaydalarını dəyişə bilər.

“Bu addım prezidentlik uğrunda yarışı təzələyir və seçki kampaniyasına əsaslı şəkildə fərqli dinamika təqdim edir”, – Link bildirib.