Xəbərlər

Aİ Ermənistana 10 milyon avroluq yardım edib

Avropa İttifaqı (Aİ) Ermənistana 10 milyon avro dəyərində yardım edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“Aİ ilk dəfə olaraq Avropa Sülh Fondundan Ermənistana dəstək vermək qərarına gəlib. Bu yardım tədbirinin məqsədi Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki imkanlarını artırmaq, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir”, – məlumatda bildirilib.

Məlumata görə, yardım Aİ tərəfindən yerləşdirilən beynəlxalq hərbi missiya və ölkənin gələcəkdə mümkün əməliyyatlarda iştirakı halında Ermənistanın dayanıqlığını artırmaq və Silahlı Qüvvələrinin qarşılıqlı fəaliyyətini sürətləndirmək məqsədi daşıyır.

“Bu gün qəbul edilən dəstək Aİ-nin Ermənistanla ortaq dəyərlərə əsaslanan və Ermənistanda və Cənubi Qafqazda sülh, sabitlik və rifahı təşviq etmək məqsədi daşıyan tərəfdaşlığı çərçivəsində veriləcək”, – məlumatda qeyd edilib.