Xəbərlər

Aİ səfirləri Ukraynanın yenidən qurulması üçün 4,2 milyard avro göndərəcəklər

Avropa İttifaqı (Aİ) səfirləri Ukraynanın yenidən qurulmasına və dövlət idarəçiliyinin saxlanmasına dəstək olmaq üçün yaradılmış fond çərçivəsində təxminən 4,2 milyard avro dəyərində ilk ödənişin göndərilməsini təsdiqləyiblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, səfirlər bu ölkənin yenidən qurulmasına və dövlət idarəçiliyinin saxlanmasına dəstək olmaq üçün Ukraynaya dəstək üçün yaradılan fond çərçivəsində təxminən 4,2 milyard avroluq ilk ödənişi toplamaq barədə razılığa gəliblər.

Qeyd edək ki, Aİ Ukraynanın makromaliyyə sabitliyini, dövlət idarəçiliyinin fəaliyyətini və yenidən qurulmasını dəstəkləmək üçün 2024-2027-ci illər üçün 50 milyard avro qrant və kredit ayırmağı hədəfləyir.