ABŞ-ın keçmiş Prezidenti Barak Obama və xanımı Mişel ABŞ prezident seçkilərində Kamala Harrisin namizədliyini dəstəkləyiblər.
“Füyuzat” ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.
“Mişel və mən dostumuz Kamala Harrisə bu həftənin əvvəlində zəng etdik. Biz ona dedik ki, o, ABŞ üçün əla prezident olacaq və biz onu tam dəstəkləyirik. Ölkəmiz üçün bu kritik anda onun noyabrda qalib gəlməsi üçün əlimizdən gələni edəcəyik”, – Barak Obama söyləyib.