Xəbərlər

Qəzzada ölənlərin sayı 39 min 363-ə yüksəlib

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 39 nəfər artaraq 39 min 363, yaralıların sayı isə 90 min 923-ə yüksəlib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Dağıntılar altında hələ də cəsədlərin olduğu, lakin İsrail qüvvələrinin hücumlarına görə tibb qrupları və mülki müdafiə xidmətlərinin humanitar fəaliyyət göstərə bilmədiyi qeyd edilib.