Xəbərlər

Almaniya XİN-i vətəndaşları Livanı tərk etməyə çağırıb

Almaniya Xarici İşlər Nazirliyi (XİN) Yaxın Şərqdə vəziyyətin gərginləşməsi təhlükəsi ilə əlaqədar Livandakı bütün almanları ölkəni tərk etməyə çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Almaniya XİN-nin nümayəndəsi bildirib.

“Lufthansa Group” uçuşlarının dayandırılmasına baxmayaraq, Avropa və Türkiyə istiqamətində kommersiya hava nəqliyyatını davam etdirir və biz hər kəsi indi bu imkanlardan yararlanmağa çağırırıq”, – diplomat qeyd edib.