Xəbərlər

Paşinyan İranın yeni Prezidenti ilə bəzi məsələləri müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan və İranın yeni Prezidenti Məsud Pezeşkian Tehranda görüşüblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan KİV məlumat yayıb.

Məlumata görə, Paşinyan və Pezeşkian arasında keçirilən görüşdə regionda sülhün bərqərar olması, eləcə də iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı məsələlər müzakirə edilib.

“İranın yeni seçilmiş Prezidenti regionda sülh və sabitliyin bərqərar olunması üçün atdıqları ardıcıl addımlardan danışıb”, – məlumatda qeyd edilib.

“Regionda sülhün qorunması İran üçün əhəmiyyət kəsb edir. İran tərəfi bütün məsələlərin danışıqlar yolu ilə həllini zəruri hesab edir”, – Pezeşkian bildirib.