“İsrail Qolan yüksəkliklərindəki Majdal Şams kəndinə edilən hücuma cavab bəhanəsi ilə Livana hücum edərsə, ən qəti cavabla qarşılaşacaq”.
“Füyuzat”ın məlumatına görə, bunu İranın ruhani lideri Ayətullah Əli Xameneinin müşaviri, İslam Respublikasının Xarici əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərazi bildirib.
“İsrail bilməlidir ki, bu riski götürsə, sərt reaksiya ilə üzləşəcək. İsrailin Baş naziri Benyamin Netanyahu üçün ən yaxşı çıxış yolu Qəzza sektorunda amansız müharibəyə son qoymaqdır. Çünki müharibəni davam etdirməklə o, ölüm və dağıntılardan başqa heç nə qazanmayacaq”, – Xərazi qeyd edib.